İvanovka kənd tam orta məktəbində seminar
Avropa İttifaqının “Azərbaycanda Regionların və Kənd Yerlərinin İnkişafı Sahəsində Yerli Təşəbbüslərin Dəstəklənməsi” Proqramı çərçivəsində “Yerli İdarəetməyə Yardım” İctimai Birliyi 26 sentyabr 2014-cü il tarixdə İsmayıllı rayonu İvanovka kənd tam orta məktəbində “İcma Əsaslı Turizmin İnkişafına Yönəlik Təşəbbüslərin Dəstəklənməsi”adlı seminar keçirmişdir.
Tədbirdə İsmayıllı Rayon İcra hakimiyyəti ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nəsimi Teymurov, İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov ,İƏD üzrə nümayəndə Olqa Jabina iştirak etmişlər.
Tədbiri giriş sözü ilə RİH-nin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nəsimi Teymurov açmış, gələn qonaqları və məktəbliləri salamlamış, İsmayıllıda gedən quruculuq-abadlıq işləri haqqında məlumat vermişdir. İsmayıllıda son illərdə gənclərə göstərilən diqqət və qayğıdan danışmışdır. Lahiyə üzrə region koordinatoru Əzizağa Atakişiyev layihə haqqında geniş məruzə etmiş və İsmayıllının turizm imkanlarından səmərəli istifadəsi,yerli peşəkar kadrların hazırlanması ilə bağlı tədbir iştirakçılarına sorğu anketləri,bukletlər təqdim olunmuşdur. Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov gənclər arasında belə seminarların təşkilinə görə Ə.Atakişiyevə təşəkürünü bildirmişdir.
Sonda Region koordinatoru tədbirin təşkilatçılığına görə İsmayıllı Rayon İcra Hakimiyyətinə minnətdarlığını ifadə etmişdir.