Rayonun idmançıları və məşqçi müəllimləri ilə növbəti görüş keçirildi
25.09.2014- cü il tarixində İsmayilli rayon Gənclər və İdman idarəsində
rayonun idmançıları və məşqçi müəllimləri ilə növbəti görüş
keçirildi.Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 22.09.2014-cü il tarixdə
İsmayıllı rayonuna səfəri barədə danışmış və bu münasibətlə idmançıları
təbrik etmişdir. İdarə rəisi son zamanlar Beynəlxalq yarışlarda qazanılan
uğurlardan danışaraq bildirdiki,idmançılarımız Respublika çempionu olmaqla
yanaşı dünya və avropa çempionu adını da qazanırlar.Cüdo,Qol
güləşi,Karate,Sambo,Ağır atletika,Həndbol və Şahmat idman növləri üzrə
uğurların daha çox olduğunu idmançıların nəzərinə çatdırdi. İsmayıllı
Olimpiya İdman Kompleksinin direktoru Tofiq Hümbətov kompleksdə keçirilən
Şahmat Olimpidasından və başqa respublika yarışlarından məlumat verdi.
Görüş diskusiya xarekterində keçirildi.Görüşdə qarşıda duran
vəzifələr,problemlər,görüləcək işlər geniş müzakirə olundu, tədbirlər müəyyənləşdirildi.