Şriftin ölçüsü :

Saytın rəngi :

90 illik yubiley ilə əlaqədar 90 ağac

25 mart 2013 | 16:00

Xalqımızın Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar rayonda silsilə tədbirlər həyata keçirilir. 24 mart 2013-cü il tarixdə  İsmayıllı Peşə Tədris Mərkəzinin həyətində 90 ağac əkilməsi belə dəyərli tədbirlərdən biri oldu.
Ağacların əkilməsi üçün əvvəlcədən quyular qazılmış, münbit meşə torpağı gətirilmiş və  aqrotexniki qaydalara tam uyğun olaraq 90 ədəd şam və cökə ağacı əkilmişdir.
Ulu öndərin adı ilə bağlı İsmayıllıda bir çox yerlər vardır. Ağac əkilən bu məkan da elə abadlaşdırılacaq, elə gözəlləşəcək ki, həmişə onun şərəfli adını xatırladacaqdır.

Keçidlər