Turizm günü
Həmin gün İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə 27 sentyabr-Ümumdünya Turizm Günü ilə əlaqədar geniş miqyaslı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan İsmayıllı Turizm İnformasiya Mərkəzinin icraçı direktoru Tərlan Mursalov Ümumdünya Turizm Günü münasibəti ilə təbrik edib, İsmayıllının gəzməli-görməli yerləri haqqında məlumat verib və rayonda son dövrlər turizm sahəsinin inkişaf etməsindən, bu sahəyə göstərilən diqqət və qayğıdan danışıb. İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev rayonda həyata keçirilən abadlıq və yenidənqurma işlərinin nəticəsi olaraq rayona turist axının gücləndiyini deyib.
Tədbirdə Azərbaycanın, rayonumuzun və dünyanın gəzməli-görməli yerləri haqqında məlumatları əks etdirən bukletlər, braşurlar və jurnallardan ibarət sərgi təşkil edilib.
Konsert proqramında Mədəniyyət Mərkəzinin “Niyal” ansamblının üzvləri – Bəhruz Həşimov, İntiqam İbrahimov, Rövşən Teyyubov bir-birindən rəngarəng musiqilər səsləndiriblər.
Fazil Əzimov adına İsmayıllı Rayon Uşaq İncəsənət Məktəbinin İvanovka rəqs qrupunun rəqsləri və Aşıqbayramlı kənd yaradıcılıq qrupunun üzvü Aytac Ağayevanın hind rəqsi alqışlarla qarşılanıb.