Şriftin ölçüsü :

Saytın rəngi :

Yeniləşmiş mədəniyyət sarayında ilk konsert

03 oktyabr 2014 | 15:00

İsmayıllı şəhər mədəniyyət evi 1975-ci ildə tikildikdən sonra əsaslı təmir olunmamışdı. Bina artıq mədəniyyətin inkişafına xidmət etmirdi. Burada adi bir toplantı keçirməyə də imkan qalmamışdı. 2013-cü ilin mart-aprel aylarından başlanan, milli memarlığın son nailiyyətləri, müasir dizayn əsasında aparılan əsaslı təmir, yenidənqurma öz müsbət nəticəsini  verdi. Müasir teatr tamaşaları və konsert proqramları üçün bütün imkanları özündə birləşdirən mədəniyyət evinin-mədəniyyət sarayının açılışını 22 sentyabr 2014-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev etdi. Görülən işlərdən razılığını bildirdi. Dövlət rəhbəri tərəfindən başlanan İsmayıllı  mədəniyyətinin yeni yüksəliş dövrü 2 oktyabr 2014-cü il tarixdə  keçirilən  möhtəşəm  konsertlə  davam etdirildi. Xalq artisti Alim Qasımov və əməkdar artist Fərqanə Qasımovanın  konserti oldu. İlahi  səsə malik  muğam və milli musiqi  ustadları  mədəniyyət sarayına  toplaşan tamaşaçıları ecazkar  səsləri ilə  feyziyab etdilər. Konsert  başlamazdan əvvəl Azərbaycan  Respublikası  Mədəniyyət  və Turizm Nazirliyinin idarə rəisi  Fikrət Babayev və İsmayıllı Rayon icra hakimiyyətinin  başçısı Mirdaməd  Sadıqov çıxış etdilər. Yeniləşmə  və müasirləşmədən sonra istifadəyə verilən mədəniyyət sarayının simvolik açarı istifadəçilərə təqdim olundu.
Dövlət başçısının bölgəmizə göstərdiyi qayğının yeni təzahürü olan mədəniyyət sarayı ümumilikdə İsmayıllıda mədəniyyətin genişmiqyaslı inkişafına fundamental əsas olacaqdır.

Keçidlər