Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı müəllimləri Beynəlxalq müəllim gününə ölkə səviyyəli nailiyyətlərlə gəlirlər

03 oktyabr 2014 | 15:00

İsmayıllı rayonunun ümumtəhsil məktəbləri bütün istiqamətlərdə nailiyyətləri ardıcıl olaraq artırırlar. 8 sentyabr 2014-cü il tarixdə keçirilən Təhsil bayramında bütün bunlardan  ətraflı bəhs edilmişdi. Oktyabrın 3-də pedaqoji işçilər ölkənin, rayonun sürətli yüksəlişindən, öz uğurlarından sevinərək Beynəlxalq müəllim gününü bayram etmək  üçün “Qala” şadlıq sarayına gəlmişdilər. İlk olaraq  Rayon İcra Hakimiyyətinin başçısı  Mirdaməd Sadıqov müəllimləri  səmimiyyətlə təbrik etdi, onlara yeni-yeni nailiyyətlər arzuladı, cənab Prezident İlham  Əliyevin İsmayıllıya səfərindən əhalidə yaranan ruh yüksəkliyindən, təhsilin beynəlxalq standartlar səviyyəsinə  çatdırılması üçün ölkə başçısının əsaslı tədbirlər həyata keçirdiyindən danışdı. Əslən Diyallı kəndindən olub, Sumqayıtda fəaliyyət göstərən Bəxtiyar Məmmədovu AMEA-nin müxbir üzvü seçilməsi, İvanovka kənd tam orta məktəbinin direktoru Mixail Uryupini  Əməkdar müəllim adı alması və şəhər 3 saylı tam orta məktəbin müəllimi Çingiz Muradlını “Tərəqqi” medalı ilə təltif olunması münasibətilə ayrıca təbrik etdi. Bir neçə müəllimə Fəxri Fərman və pul mükafatı verdi.
Bir sıra idman növləri üzrə RİH başçısının sərəncamı ilə rayon federasiyaları yaradılmışdır. Dünya və Avropa çempionu, ikincisi olmuş, Beynəlxalq usta adını qazanmış idmançıları federasiya sədrləri hədiyyələr və pulla mükafatlandırdılar.
65 yaşı tamam olan müəllimlər qiymətli hədiyyələrlə yola salındılar. Şagirdlər bədii qiraətləri, 1 və 2 saylı uşaq bağçasında tərbiyə alan körpələr rəqsləri, müğənnilər mahnıları ilə məclisə əsil şadlıq,  sevinc bəxş etdilər.
Heydər Əliyev “Açıq dərsləri”ni tədris edən tarix müəllimlərinin əməyi də yüksək səviyyədə qiymətləndirildi.
Müəllimlər 3 saatlıq şənlikdən  sonra əsil  bayram əhval-ruhiyyəsi ilə “Qala” şadlıq sarayından getdilər.

Keçidlər