Şriftin ölçüsü :

Saytın rəngi :

İcma əsaslı turizmin inkişafı

14 oktyabr 2014 | 15:00

14 okytabr 2014-cü il tarixdə Avropa İttifaqının Azərbaycanda “Regionların və kənd yerlərinin inkişafı sahəsində yerli təşəbbüslərin dəstəklənməsi” Proqramı çərçivəsində “Yerli İdarəetməyə Yardım” İctimai Birliyi tərəfindən “İcma əsaslı turizmin inkişafına yönəlik təşəbbüslərin dəstəklənməsi” mövzusunda Heydər Əliyev Mərkəzində təlim keçirilib.
İctimai birliyin marketinq və biznesin inkişafı üzrə mütəxəssisi Həsən Mürşüdov bildirib ki, layihənin əsas məqsədi kənd icmalarında turizm və qonaqpərvərlik sektorunu inkişaf etdirməklə iqtisadi inkişafın yüksəldilməsinə töhfə verməkdir. Hədəf cari ilin sentyabr ayından rayonlarda turizm və qonaqpərvərlik sektorunda fəaliyyət göstərən kiçik və orta sahibkarlar üçün təlim kurslarının təşkili seçilmişdir. Təlimin məqsədi turizm və qonaqpərvərlik sektorunda fəaliyyət göstərən sahibkarlara öz bizneslərinin inkişafı üçün zəruri olan bilik və bacarıqları, müştəri xidmətinin təmin edilməsi, turizm təcrübəsinin inkişaf etdirilməsi və biznesin idarə edilməsi ilə bağlı əsas təcrübəni öyrətməkdir. H.Mürşüdov biznesin idarə edilməsi, vergi və hesabatlılıq, marketinq, qonaqpərvərlikdə müştəri xidməti bacarıqları, sağlamlıq, təhlükəsizlik və ətraf mühitin qorunması haqqında məlumat verib. Biznesin idarə edilməsi”, “Vergi və hesabatlılıq” mövzularına da toxunulub.

Keçidlər