Şriftin ölçüsü :

Saytın rəngi :

Qardaşlaşan məktəblər

14 oktyabr 2014 | 15:00

Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun “İl boyu bilik” proqramı çərçivəsində “Qardaşlaşmış məktəblər” layihəsinə uyğun olaraq Qubadlı rayonu Qara İlyasov adına tam orta məktəbinin bir qrup şagirdi təhsil müəssisələrinin direktoru ilə birgə İsmayıllıya səfər etmişdir.
Qonaqlar İsmayıllı şəhər 5 saylı tam orta məktəbinin şagirdləri ilə birgə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül qoymuş, Heydər Əliyev Mərkəzinə getmiş, ekspozisayalarla, yaradıcılıq dərnəkləri, nümunəvi əl işləri ilə tanış olmuşlar. Bilik fondunun nümayəndəsi Ceyhun Musaoğlunun, Qubadlı tam orta məktəbinin direktoru Hümbət Hümbətəliyevin və şəhər 5 saylı tam orta məktəbin direktoru Elçin Məmmədovun iştirakı ilə qarşılanma mərasimi keçirilmişdir. Rayon İcra Hakimiyyəti rəhbərliyinin nümayəndələri qonaqları salamlamış, qardaşlaşacaq məktəblərə uğurlar arzulamışlar.
Qubadlı şagirdlərini təmsil edən qonaqlar İsmayıllının qədim tarixi, zəngin mədəniyyəti, idmanın inkişaf səviyyəsi ilə tanışlıq üçün uşaq-gənclər kitabxanasında, əsaslı təmirdən sonra tam yeniləşmiş mədəniyyət sarayında, Olimpiya İdman Kompleksində, uşaq istirahət mərkəzində olmuşlar.
Qeyd edilən sahələrdən sonra şəhəri gəzən, yeniliklər, abadlıq və quruculuq işləri ilə tanış olan nümayəndə heyəti İsmayıllı şəhər 5 saylı tam orta məktəbə gələrək “Qardaşlaşmış məktəblər” müqaviləsini bağlamışlar.
Olimpiya İdman Kompleksində bir gecə istirahət edib səfəri başa vuran şagirdlər və müəllimlər ölkə rəhbərliyinə minnətdarlıq etmişlər. Bildirmişlər ki, Qubadlıya bənzər İsmayıllıya səfərləri tez-tez olacaqdır.

Keçidlər