Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı Uşaq Kitabxanasında növbəti yaradıcılıq tədbiri

26 oktyabr 2014 | 15:00

Oktyabr ayının 25-də İsmayıllı Uşaq Kitabxanasının və şəhər 3 nömrəli körpələr-evi uşaq bağçasının təşkilatçılığı ilə “Ekologiyanın qorunması” adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova son dövrlər İsmayıllıda geniş vüsət alan ekoloji maarifləndirmə tədbirləri haqqında danışıb.
Uşaq kitabxanasının müdiri Rəna Süleymanova kitabxanada uşaqlar üçün yaradılan “Nağıl otağı” haqqında məlumat verib. Keçirilən tədbirin önəmindən danışıb.
Körpələr evi-uşaq bağçasının balacaları təmizliklə bağlı fikirlər söyləyib, rəqslər edib, səhnəciklər göstəriblər.
İsmayıllı RİH-nin hüquq şöbəsinin məsləhətçisi Pakizə Xəlilova çıxışı edərək 20 oktyabr - 20 noyabr tarixlərində respublikamızda “Uşaq hüquqları aylığı” keçirildiyini deyib. Uşaqlara hüquq və vəzifələri haqqında məlumat verib.

Keçidlər