“Uşaqların yaşamaq və inkişaf etmək hüququ” mövzusunda seminar
Oktyabr ayının 29-da Mərkəzi Uşaq kitabxanasının akt zalında “Uşaq hüquqları aylığı çərçivəsində Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Uşaqların yaşamaq və inkişaf etmək hüququ” mövzusunda seminar keçirildi. Seminarda RİH-nin hüquq şöbəsinin müdiri X.Abbasov, şöbənin məsləhətçisi P.Ağayeva, ictimai siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi G.Mirzəliyeva, Heydər Əliyev Mərkəzinin direktoru Ş.Hacıyeva, İsmayıllı UADM-nin direktoru L.Əliyeva, RTŞ-nin məsləhətçisi R.Baloğlanov iştirak edirdi.
Xətai Abbasov Uşaqların yaşamaq və inkişaf etmək hüquqlarından danışdı və bildirdi ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan uşaq siyasəti bu gün də uğurla davam etdirilir.
RİH-nin hüquq şöbəsinin məsləhətçisi Pakizə Ağayeva çıxış edərək, 20 oktyabr-20 noyabr tarixlərində respublikamızda keçirilən “Uşaq hüquqları aylığı və vəzifələri” haqqında məlumat verdi.
Tədbirdə 90 nəfərə yaxın dinləyici iştirak etdi, təklif və rəylər ətraflı müzakirə olundu.