Şriftin ölçüsü :

Saytın rəngi :

Təhsildə gender məsələləri

30 oktyabr 2014 | 16:00

Sosial həyatın bütün istiqamətlərində, xüsusilə təhsil sahəsində gender məsələlərinin müvəffıəqiyyətli həlli hüquq bərabərliyinin təmin olunmasında çox böyük əhəmiyyət kəsb edir. Bunu nəzərə alan azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqqı Respublika Komitəsi Gender Araşdırmalar Mərkəzi ilə birgə İsmayıllıda “Təhsildə gender məsələləri” mövzusunda regional seminar keçirmişdir.Heydər Əliyev Mərkəzidə keçirilən seminara 17 rayonun təhsil işçiləri həmkarlar ittifaqı rayon komitəsinin və gender komissiyalarının sədrləri, Ismayıllının bir sıra məktəb həmkarlar təşkilatlarının sədrləri dəvət olunmuşdu.
Seminar iştirakçılarını salamlayan Rayon Icra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov təhsil sisteminin qarşısında duran həlli vacib problemlərdən, gender bərabərliyinin təmin olunmasının təlim təşkilinə müsbətlik gətirəcəyindən ətraflı danışdı. Bu istiqamətdə rayonda görülən işləri iştirakçıların diqqətinə çatdırdı.
ATİAHİ Respublika Komitəsinin sədr müavini Şaiq Əsgərov giriş sözü ilə açdığı seminarın əhəmiyyətindən, təlim-tərbiyə işinə bundan sonra vercəyi səmərədən danışdı.
Təhsil Nazirliyinin De-institutlaşma və uşaqların müdafiəsi idarəsinin müdiri Məlahət Hacıyeva mövzuya uyğun çıxış etdi.
Gender Araşdırmalar Mərkəzinin direktoru Diana Cəfərova “Regionlarda gender problemləri və onların həlli yolları”, Mərkəzin direktor müavini Solmaz Gözəlova “Azərbaycanda gender problemlərinə müasir baxışlar” mövzusunda məruzə etdilər.
Məruzələr əsasında sonda diskusiya getdi, suallara cavab verildi.
Qonaqlar İsmayıllı şəhərindəki yeniliklərlə tanış oldular.

Keçidlər