Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı “Ümumrespublika Yaşıllaşdırma” marafonuna qoşulub

07 noyabr 2014 | 16:00

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma” marafonuna  start götürmüşdür. Marafonun əsas məqsədi yaşıllıq sahələrinin azalmasının yarada biləcəyi təhlükələrin qarşısını almaq və ağac əkilməsini təşviq edərək, ətraf mühitin mühafizəsinə töhfə verməkdən ibarətdir.
İsmayıllı rayonu ərazisində noyabr ayı ərzində müxtəlif cinslərdən olan 10 minə yaxın ağacın əkilməsi nəzərdə tutulumuşdur.
Artıq İsmayıllı ictimaiyyəti marafona qoşulmuşdur. Noyabr ayının 5-də İsmayıllı-Muğanlı avtomobil yolunun 2-15-ci kilometrliyində və hava şəraitinin əlverişli olduğu bələdiyyə ərazilərində 510 ədəd akasiya, 100 ədəd çinar cinsindən olmaqla cəmi 610 ədəd ağac əkilmişdir.

Noyabr ayının 6-da İsmayıllı-Muğanlı avtomobil yolunun 2-15-ci kilometrliyində, İsmayıllı şəhər və bələdiyyə ərazilərində 370 ədəd akasiya, 20 ədəd ağcaqayın, 100 ədəd çinar və 140 ədəd meyvə olmaqla cəmi 630 ədəd ağac əkilmişdir.

Noyabr ayının 7-də İsmayıllı-Muğanlı avtomobil yolunun 2-15-ci kilometrliyində, İsmayıllı şəhər və bələdiyyə ərazilərində 400 ədəd akasiya, 60 ədəd ağcaqayın, 200 ədəd çinar və 60 ədəd meyvə olmaqla cəmi 720 ədəd ağac əkilmişdir.

Keçidlər