Dövlət Bayrağı Gününə həsr edilən tədbir keçirilib
İsmayıllı Rayon Uşaq Yaradıcılıq Mərkəzində 06 noyabr 2014-cü il tarixdə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr edilən tədbiri keçirilib.
Kollecin direktor əvəzi Sevda Qasımova çıxış edərək bildirib ki, Azərbaycan Respublikası üzərində dalğalanan bayrağımız ilk dəfə 1918-ci il 9 noyabr tarixində Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilib və qaldırılıb. SSRİ-nin dağılmasından sonra, 1991-ci ildə müstəqil Azərbaycan Respublikasının rəsmi atributu elan edilib. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 18 noyabr 2009-cu il tarixli fərmanından sonra, 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi dövlət səviyyəsində qeyd olunur.
Çıxışdan sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova tədbir iştirakçılarını və kollec tələbələrini salamlayıb, Bayraq Günü münasibəti ilə onları təbrik edib. Dünyanın ən uca bayrağının Bakının Dövlət Bayrağı Meydanında yüksələn Azərbaycan bayrağının olduğunu deyib.
Tədbirin aparıcıları Alidə Şəmsəddinli və Rahid Rəcəbli bu günün önəmindən, dövlətimizin artan gücündən danışıblar: “Hörmətli tədbir iştirakçıları! Xalqımızın xilaskarı olan ulu öndərimiz Heydər Əliyevin sayəsində Azərbaycan bu gün dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. Dövlətimiz əbədiyaşar liderimiz, Azərbaycan xalqının xilaskarı Ulu öndərimizin yolunun layiqli davamçısı olan möhtərəm prezidentimiz cənab İlham Əliyevin sayəsində daha böyük iqtisadi nailiyyətlərə çatıb, ölkəmizin beynəlxalq aləmdə mövqeyi möhkəmlənib.
Azərbaycanın qədim dövlətlərinin bayraqlarının fotoları əksini tapmış videoçarx göstərilib.
Kollec tələbələrinin ifasında mahnılar səslənib, rəqslər və səhnəciklər göstərilib, şerlər söylənib.
Kollec tələbələrinin hazırladıqları ədəbi-bədii kompozisiya alqışlarla qarşılanıb.