Şriftin ölçüsü :

Saytın rəngi :

“İslamda uşaq hüquqları” mövzusunda seminar

07 noyabr 2014 | 16:00

07 Noyabr 2014-cü il tarixdə İsmayıllı Rayon Təhsil şöbəsinin konfrans zalında Ismayıllı Rayon İcra Hakimiyyəti ilə birgə "Uşaq hüquqları aylığı " çərçivəsində “İslamda uşaq hüquqları” mövzusunda seminar keçirilmişdir. 120 nəfərin iştirakı ilə keçirilən tədbirdə RİH-nin hüquq şöbəsinin müdiri Xətai Abbasov, RPŞ-nin əməkdaşı polis kapitanı Əbülfət Yarıyev, RTŞ-nin medodistləri Ramiz Baloğlanov,Rəşid Məmmədov,  Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Göyçək Rəhimova, dini icma sədrləri, axund və imamlar, şəhər orta məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri,  “Həyat Bilgisi ” fənnini tədris edən müəllimlər və şəhər məktəblərinin 9-10-11-ci sinif şagirdləri iştirak etmişlər RİH-nin hüquq şöbəsinin müdiri Xətai Abbasov açaraq tədbirin əhəmiyyətindən, son vaxtlar bu sahədə keçirilən digər tədbirlərdən və görülmüş işlərdən danışdı. Daha sonra DQİDK-nin Şimal-qərb bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Rəhimli Rəhim, UADM-nin direktoru Lətifə Əliyeva , RPŞ-nin əməkdaşı, RTŞ-nin aparıcı məsləhətçisi çıxış etdilər. Tədbir şagirdlərlə qarşılıqlı diskusiya formatında davam etdirildi. Sonda fərqlənən 4 şagirdə hədiyyələr təqdim olundu.

Keçidlər