İsmayıllıda ağacəkmə kompaniyası davam edir
08 noyabr 2014 | 16:00
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma” marafonuna qoşulan rayonumuzda fəaliyyət göstərən idarə və təşkilatlar tərəfindən noyabr ayında 10 minə yaxın ağacın əkilməsi nəzərdə tutulmuşdur.
Noyabr ayının 5-dən bu günə qədər İsmayıllı-Muğanlı avtomobil yolunun 2-15-ci kilometrliyində 1960 ədəd akasiya, çinar, lapan, ağcaqayın, qovaq və s. ağacları əkilmişdir. 08 noyabr 2014-cü il tarixdə keçirilən ağacəkmə kompaniyasında daha 1350 ədəd ağac əkildi.
Beləliklə kompaniya başlayandan bu günə qədər rayon ərazisində 3310 ədəd ağac əkilmişdir.