“Ekologiyanın qorunması”
Noyabr ayının 8-də İsmayıllı Uşaq Kitabxanasının və şəhər 2 nömrəli körpələr-evi uşaq bağçasının təşkilatçılığı ilə “Ekologiyanın qorunması” mövzusunda tədbir keçirildi.
İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov Bayraq Günü münasibətilə balacaları təbrik etdi, son dövrlər İsmayıllıda geniş vüsət alan ekoloji maarifləndirmə tədbirləri haqqında danışdı. Rayon Mədəniyyət Şöbəsinin müdiri Azər Abbasov da bağçaların bu layihədə fəal iştirakını vurğuladı və onlara yaradılan bu şəraitdən səmərəli istifadə etmələrini tövsiyə etdi.
2 nömrəli körpələr evi-uşaq bağçasının balaca sakinləri təmizliklə bağlı fikirlər söyləyib, rəqslər edib, səhnəciklər göstərdilər. Sonda 2 nömrəli bağçanın hazırladığı sərgiyə baxış keçirildi.