Şriftin ölçüsü :

Saytın rəngi :

Topçu kəndində görüş-qəbul

27 mart 2013 | 16:00

26 mart 2013-cü il tarixdə Topçu kəndində Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov kənd əhalisi ilə görüş-qəbul keçirmişdir. Görüşdə 300-dən çox kənd sakini, xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər. RİH-nin başçısı Mirdaməd Sadıqov rayonun sosial-iqtisadi inkişaf proqramı, bu əsasda hazırlanan layihələr və kənd təsərrüfatının bundan sonrakı inkişaf istiqamətləri ilə qəbula gələnləri tanış etmiş, müasir idarəetmə və təsərrüfatçılıq  yollarından danışdı. İşləməyin vacibliyini, hər yerdə ziyalı mühitinin yaradılmasının zəruriliyini qeyd etmişdir.
Görüş-qəbula gələnlərin təklifləri, şikayətləri, məsləhətləri dinlənilmiş, bunlarla əlaqədar məsul şəxslərə tapşırıqlar verilmişdir.
Kənd sakinləri yekunda yəqin etdilər ki, işləmək, iş qurmaq, təsərrüfat yaratmaq lazımdır.

Keçidlər