Bayraq meydanına səfər
"9 noyabr- Milli Bayraq günü" münasibətilə 08 noyabr 2014-cü il tarixdə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun hərtərəfli dəstəyi ilə rayonun bir qrup fəal gənci Bakı şəhərinə-Bayraq meydanına səfər etmişdir. Bayraq Meydanında yaradılan Bayraq muzeyi ilə də yaxından tanış olan gəncləri muzeyin bələdçisi Sadıqov Arif ətraflı məlumatlandırdı. Muzeydə yaradılan lövhələrdə müxtəlif dövrlərdə Azərbaycanın bayraqları, pul vahidləri və hərbi rütbələri əks olunmuşdur. Bayraq muzeyinə daxil olan kimi Ümummilli lider H. Əliyevin və prezidentimiz İlham Əliyevin milli atributlara verdiyi yüksək dəyər hiss olunur. Bayrağımızla yanaşı Meydanda Gerbimiz və Himnimiz də monumental formada öz əksini tapmışdır.