Şriftin ölçüsü :

Saytın rəngi :

“Sönmüş Talelər” tamaşası nümayiş etdirildi

13 noyabr 2014 | 16:00

Noyabr ayının 13-də  Dağıstan Azərbaycan Dövlət Dram Teatrı İsmayıllı rayonunda qastrol səfərində olmuşdur. Dağıstan Azərbaycan Dövlət Dram Teatrı Rayon Gənclər Mərkəzində yazıçı-dramaturq, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının ədəbi-dram hissə müdiri Rafiq Rəhimlinin "Sönmüş talelər" tamaşası ilə çıxış ediblər. Tamaşanın əsas süjet xətti  narkomaniya ilə mübarizə mövzusu idi. Tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi və Dağıstan Respublikasının əməkdar artisti Laləzar Hüseynova, quruluşçu rəssamı Naidə Əlimətova, musiqi tərtibatçısı Dağıstanın əməkdar artisti Sevda Bəybalayevadır.
Tamaşada  İsmayıllı Rayon İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatların, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Tamaşa alqışlarla sona çatdı. Sonda  İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova teatrın kollektivinə RİH-nin başçısı adından təşəkkür və minnətdarlığını bildirdi.

Keçidlər