Sumağallı kəndində yeni uşaq bağçası açıldı.
İsmayıllının Sumağallı kəndi son illər əsil mənada inkişafda, yüksəlişdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2013-cü il avqust ayının 14-də burada su-elektrik stansiyasının açılışını edib. Kəndə asfalt yol salınıb, tikinti materialları satışı bazası açılıb, sürətli internet xətti çəkilib, elektron ATS, SMART-kart tipli elektrik sayğacları quraşdırılıb. Bu gün isə dövlət vəsaiti hesabına tikilmiş 40 yerlik uşaq bağçasının açılışı oldu. Azərbaycan Respublikası “Aqrartikinti” ASC-nin rayon bölməsi tərəfindən inşa olunan, təhsilin ilkin mərhələsi üçün çox əhəmiyyət kəsb edən uşaq bağçasının təntənəli açılışına qonşu kəndlərin təhsil, mədəniyyət və səhiyyə işçiləri də gəlmişdilər. Rayon İcra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov kəndin bütün əhalisini, müəllimləri, valideynləri təbrik etdi. Dövlətin sosial-iqtisadi, xüsusilə təhsil siyasəti ilə bağlı Respublika Prezidentinin həyata keçirdiyi böyük proqram və layihələrdən, İsmayıllıya göstərdiyi qayğıdan ətraflı danışdı.O qeyd etdi ki, məktəbəqədər tərbiyə müəssisələrinin şəbəkəsinin artması üçün l rayonda bundan sonra daha çox iş görüləcəkdir. Valideyn Elnarə Hacıyeva,müəllim Arzu Mirzəyeva,ağsaqqal ziyalı Hüseyn Xəlilov çıxış edərək ölkə başçısına minnətdarlıq etdilər, uşaqlara xoşbəxt həyat arzuladılar.
Daha xoşbəxt həyatlarının ilk gününü yeni bağçada yaşayan körpələr məşğələ otağında şer dedilər, mahnı oxudular, digər bacarıqlarını nümayiş etdirdilər.
RİH-nin başçısı Mirdaməd Sadıqov sonda kənd sakinləri ilə görüşdə onların problemlərini, arzu və təkliflərini dinlədi. Yeniliyi hamı sevinc və minnətdarlıqla qəbul etdi.
Körpələr qaranlıq, köhnə,şəraitsiz bir binadan işıqlı bir aləmə gəldilər