Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Dirçəliş Günü münasibəti ilə İsmayıllı Mədəniyyət Sarayında dəyirmi masa

17 noyabr 2014 | 16:00

17 noyabr 2014-cü ildə İsmayıllı Mədəniyyət Sarayının iclas zalında 17 noyabr Milli Dirçəliş Günü münasibəti ilə dəyirmi masa keçirilib.
Tədbirdə çıxış edən İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Abbasov çıxış edərək bildirib ki, Milli Dirçəliş günü 1992-ci ildə elan olunub. 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda olan hadisələrlə bağlıdır. Sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasəti nəticəsində XX əsrin 80-ci illərinin sonunda Azərbaycanda anti-sovet xalq hərəkatı təşəkkül tapdı. 17 noyabr 1988-ci ildə Bakının əsas meydanı sayılan Azadlıq meydanında Azərbaycan xalqının uzunmüddətli mitinqləri başladı.
Tədbirdə bildirilib ki, 1990-cı il noyabrın 17-də ümummilli lider Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirilib. Muxtar respublikanın adından “sovet” və “sosialist” sözləri çıxarılıb. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının dövlət bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırılıb. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyulub.

Keçidlər