Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı müəllimləri Gürcüstanda belnəlxalq konfransda

15 noyabr 2014 | 16:00

Muasir dövrümüzdə  hər sahədə olduğu kimi təhsil sahəsində də məqsədyönlu  islahatlar çox böyük uğurla həyata keçirilir. Bu islahatlar əzəmətli və möhtəşəmdir, çünki  bunların təməli  ulu öndərmiz H.Əliyev tərəfindən  qoyulmuşdur  və  bu  gün də layiqincə  yerinə  yetirilir. Bu islahatların  həyata keçməsində  hər bir müəllim kimi mən də  öz  kiçik  töhfəmi verməyə çalışıram. İşlədiyim dövrdən  müxtəlif  yerli  və  beynəlqxalq  layihələrdə iştirak  edərək öz  tədris keyfiyyətimi artırıram. O  cümlədən  professor  Əjdər Ağayevin rəhbərliyi  altında Təhsil  Şurası müxtəlif layıhələr həyata  keçirir. Bu layihələr  bir-birindən  maraqlı və  rəngarəng  olur. Təhsil Şurasının Gürcüstan Respublikasında planlaşdırdığı birinci beynəlxalq elmi-təcrübi konfransında iştirak  etmək mənə çox  böyük qürür verirdi. Artıq bir neçə  xarici ölkədə  təcrübə mübadiləsində olmuşdum və  yenidən belə  bir imkanın  verilməsi  məni  çox  sevindirirdi. Beynəlxalq konfrans 13-15 noyabr 2014-cü il tarixlərində Gürcüstanın Kabuleti şəhərində keçirildi. "Beynəlxalq təcrübə mübadiləsi təlim keyfiyyətini yüksəldən vasitə kimi" mövzusunda elmi-təcrübi konfransda iki  ölkənin  təhsil  sistemləri  muqayisə  edildi və daha  yaxından  tanışlıq  yarandı. Konfrans  müddətində Kabuleti  şəhərinin  müxtəlif şəhər  və  kənd məktəbləridə  olub  oranın  təhsli  ilə tanış  olduq. Dərslərdə  iştirak  etdik. Hər  bir dərsdən  nəsə  bir  yenilik  öyrənməyə  çalışırdım ki,  öz  dərslərimdə  tətbiq  edim. Konfransın  belə  yüksək səviyyədə  təşkilinə  görə hörmətli yazıçı-jurnalist və  gözəl insan Böyükağa Mikayıllıya dərin minnətdarlığımızı  bildiririk.
Konfransda mən – Şərafət Bayramov, Hikmət Haqverdili və Çingiz Muradlı iştirak etmişik.

Keçidlər