İdeya-siyasi tərbiyənin, təhsil, səhiyyə, gənclər və idman siyasətinin həyata keçirilməsi, ekologiyanın qorunması vəziyyəti müşavirədə təhlil olundu.
Azərbaycan Respublikası Prezidenti Adminstrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin İdarəetmə Akademiyasının 15 illiyi tədbirində və şəhər, rayon icra hakimiyyətləri başçılarının , onların ictimai-siyasi və humanitar məsələlər üzrə müavinlərinin birgə seminarındakı məruzələri ilə əlaqədar İsmayıllı Rayon İcra Hakimiyyətində müşavirə keçirilmişdir.Müşavirədə məktəb direktorları, səhiyyə, təhsil, mədəniyyət, idarə və təşkilatların, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimai və qeyri-hökümət təşkilatının nümayəndələri iştirak edirdi.
Tədbiri giriş sözü ilə RİH-nin başçısı cənab Mirdaməd Sadıqov açdı. Ölkəmizdə gedən sosial-iqtisadi inkişaf barədə ətraflı məlumat verdi. Rayonda abadlıq və quruculuq işlərinin geniş vüsət aldığını diqqətə çatdırdı. Prezident Adminstrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin İdarəçilik Akademiyasının 15 illiyi ilə əlaqədar keçirilən iclasındakı və şəhər, rayon icra hakimiyyəti başçılarının və onların ictimai-siyasi humanitar məsələlər üzrə müavinlərinin birgə seminarındakı tarixi nitqi barədə ətraflı məlumat verdi.
RİH başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Sevil Əhmədova akademik Ramiz Mehdiyevin məruzələrindən irəli gələn vəzifələr barədə geniş və təhlili çıxış etdi, Prezident Adminstrasiyası rəhbərinin irad, təklif və tənqidi qeydlərini müşavirə iştirakçılarına çatdırdı.
Rayon Mərkəzi Xəstxanasının baş həkimi Avtandil Rəhimov, rayon veteranlar şurasının sədri Abduləli Əliyev, RTŞ-nin aparıcı məsləhətçisi Ramiz Balağlanov, Topçu kənd tam orta məktəbinin direktoru Xavər Allahverdiyeva, şəhər 1 saylı tam orta məktəbin direktoru Şəfaqət Rəsulov çıxış edərək Prezident Adminstrasiyaının rəhbəri akademik Ramiz Mehdiyevin çıxışından irəli gələn vəzifələrin icrasının zəruriliyini və bu istiqamətdə rayonda iş aparılmasının vacibliyini qeyd etdilər.
Seminarda cənab R.Mehdiyevin çıxışından irəli gələn vəzifələrin icrası ilə əlaqədar rayon komissiyasının yaradılması və tədbirlər planın hazırlanaraq icrasına başlanması qərara alındı.