Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda YAP-ın yaranmasının 22-ci ildönümü təntənə ilə qeyd edildi

21 noyabr 2014 | 16:00

Azərbaycanı dərəbəylikdən, xaosdan, parçalanmaqdan xilas etmək, torpaq itkisinin qarşısını almaq, hüquqi dövlət yaradıb, onu məharətlə idarə etmək, öləziyən iqtisadiyyatı dirçəltmək üçün ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi çox vacib idi. Xalqımız təkidli xahişinə ara vermirdi. Nicatını Heydər Əliyevdə görürdü. Ümidi ona idi.
       Ulu öndər xalqımızın taleyi üçün həmişə özünü məsul bildiyi üçün xahişləri qəbul etdi. Düşündü ki, hakimiyyətə gəlmək üçün siyasi əsas lazımdır. Bu əsas da 1992-ci il noyabr ayının  21-də Naxçıvanda keçirilən təsis konfransında  yaradılan Yeni Azərbaycan  Partiyası oldu. İlk rayon təşkilatlarından biri də İsmayıllıda təsis olundu. İndi rayon təşkilatının uçotunda 7500 nəfərə  qədər YAP üzvü vardır.
        Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin  22 sentyabr 2014-cü il tarixdə  açılışını etdiyi Mədəniyyət sarayında Yeni Azərbaycan Partiyasının  22 illiyinə  həsr olunmuş təntənəli tədbir keçirildi.
         Tədbirdə Millət Vəkili, Milli Məclisin  Aqrar Siyasət Komitəsinin sədri, YAP siyasi şurasının və idarə heyətinin üzvü Eldar İbrahimov, Millət vəkili, Milli Məclisin Elm və Təhsil Siyasəti Komitəsinin sədri Şəmsəddin Hacıyev, İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı, iqtisad elmləri doktoru, əməkdar elm xadimi Mirdaməd Sadıqov və Millət Vəkili Novruzəli Aslanov iştirak edirdilər. YAP rayon  təşkilatının sədri Əzizə Vahabova partiyanın keçdiyi 22 illik yüksəliş yolu barədə çıxış etdi.
            YAP-ın yaradıcıları və təşkilatçıları sırasında ilkin yerlərdə olan, o zaman Ulu öndərlə Naxçıvanda birgə  çalışan Eldar İbrahimovun çıxışı çox maraqla, diqqətlə dinlənildi. O, partiyanın  təsis olunduğu şəraitdən, YAP-ın Heydər Əliyev dühasından yarandığından, ümummilli liderin xalqımızın xilası üçün cəfakeşlik səviyyəsində fəaliyyət göstərməsindən, Prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin dövlət müstəqilliyimizin əbədiliyi, iqtisadiyyatımızın  yüksəlişi, torpaqlarımızın bütövləşməsi üçün bütün varlığı ilə çalışmasından danışdı. Çıxışının sonunda bir qrup gəncə YAP-ın üzvlük biletlərini təqdim etdi.
    Millət vəkili prosessor, Milli Məclisin komitə sədri Şəmsəddin Hacıyev iqtisadi dildə Heydər Əliyevin  və Prezident İlham Əliyevin dünənimiz və bu günümüz, zəngin həyatımız üçün göstərdikləri rəhbər fədakarlığından, gələcəyimizin daha xoşbəxt, daha firavan olacağından danışdı.
     Rayon icra hakimiyyətinin başçısı, Yeni Azərbaycan Partiyasının  ilk üzvləri sırasında olan, ilk “Heydər Əliyev iqtisadi idarəetmə məktəbi”ni yaradan Mirdaməd Sadıqov çıxışında böyük zəka sahibi,milli taleyimizin təminatçısı, bütün varlığı ilə xalqı üçün çalışan Heydər Əliyevin partiya yaradıcılığından, iqtisadi təfəkkürünün Azərbaycana gətirdiyi bəhrələrdən ətraflı bəhs etdi. Ümummilli liderin  siyasətinə  sədaqət göstərilərək idarə olunan İsmayıllının Prezident İlham Əliyevin qayğısının nəticəsi  olaraq sürətlə inkişaf etdiyindən danışdı.
       Partiya veteranı, YAP rayon təşkilatının yaradılmasında fəal iştirakı, diqqətçəkən xidmətləri olmuş İsmayıllı şəhər İƏD üzrə nümayəndə Məhərrəm Əhmədov çıxış edərək, Yeni Azərbaycan Partiyası rayon təşkilatının   yaradılması tarixindən, o zamankı təsisçilərin fəallığından danışdı, bayram iştirakçılarını təbrik etdi.
        Millət vəkili Novruzəli Aslanov YAP-ın yaranmasının 22-ci ildönümü münasibətilə tədbir iştirakçılarını  təbrik etdi.
        Bir qrup partiya veteranına fəxri fərmanlar təqdim olundu.
        Əsil mənada möhtəşəm konsert oldu. Ümummilli liderə, vətənimizə -Azərbaycana, Prezidentə həsr olunmuş mahnılar oxundu, şerlər deyildi.
        Prezident İlham Əliyevin qayğısından hər günü bir bayram olan İsmayıllılar sevinc və fərəh dolu daha bir gün yaşadılar.

Keçidlər