Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda rayonun yaradılmasının 83-cü il dönümü qeyd olundu.

25 noyabr 2014 | 16:00

83 il öncə Azərbaycanda yeni bir  ərazi vahidi –İsmayıllı rayonu yaradıldı. Ayrı-ayrı vaxtlarda  müxtəlif inkişaf dövrü yaşayan, sosial-iqtisadi, infrastruktur, sənaye və kənd təsərrüfatı baxımından inkişaf edən rayon bu gün 1 şəhər, 2 qəsəbə və 105 kəndi əhatə edir. Əhalinin sayı 83 min nəfərdən yuxarı olmaqla 33 faizi şəhərdə, 67 faizi isə kəndlərdə yaşayır.
     Bu gün rayonda kənd təsərrüfatı, sənaye, turizm, elm və təhsilin inkişafına xüsusi diqqət yetirilir, rayon mərkəzi, qəsəbə və kəndlər sürətli inkişaf dövrünü yaşayır, insanların sosial həyatında, məişətində yeniləşmə özünü göstərir. İsmayıllılar daha xoşbəxt və firavan həyata qovuşurlar .
      Noyabr ayının 24-də Heydər Əliyev Mərkəzində rayonunun yaradılmasının 83-cü ildönümünə həsr olunmuş toplantı keçirildi.
      Əvvəlcə rayon rəhbərliyi, ağsaqqallar, qabaqcıl ziyalılar, əmək və müharibə veteranları ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri qoydular.
      Tədbiri giriş sözü ilə RİH başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Əhmədova açdı. Ümummilli liderin ölkə Prezidentinin İsmayıllı və ismayıllılara verdiyi yüksək dəyəri onların söylədikləri kəlamlarla bir daha xatırlatdı.
        Dövlət qulluğu veteranı Valeh Salehov rayonunun keçdiyi inkişaf tarixi barədə ətraflı məlumat verdi, ölkə başçısının, rayon rəhbərliyinin  İsmayıllıya göstərdiyi yüksək diqqət və qayğıdan  danışdı.
         Şəhər 1 və 4 saylı məktəbin müəllimləri Mirvari Musayeva, Rəna Mirzəliyeva, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar ittifaqı RK-nın  sədri Zahid Əkbərov, “Heydər Əliyev İdarəetmə Məktəbi”nin icraçı direktoru  Fərman Bəşirov, rayon veteranlar şurasının sədri Abduləli Əliyev çıxış edərək  öz xatirələrini, rayonun  gələcək inkişafı ilə bağlı mülahizə və təkliflərini söylədilər.
         Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov yubiley tədbirində çıxış edərək, cənab Prezident İlham Əliyevin İsmayıllıya xüsusi qayğı və diqqət göstərdiyini, rayonun inkişafı üçün bundan sonra da lazımi tədbirlərin  görüləcəyini, onun turizm, kənd təsərrüfatı, sənaye potensialından maksimum istifadə olunacağını yığıncaq iştirakçılarının diqqətinə çatdırdı.
        Bir qrup veteran mükafatlandırıldı.
        Tədbir konsert proqramı ilə yekunlaşdı.

Keçidlər