Kredit yarmarkası
11 aprel 2013 | 15:00
Sahibkarlığa Kömək Milli Fondu 12 aprel 2013-cü il tarixdə Kredit yarmarkası keçirəcəkdir.
Kredit götürmək istəyənlər müvəkkil bank kimi seçilmiş Kapital banka, Beynəlxalq bankın rayon şöbəsinə, Muğan banka və Zamin banka müraciət edə bilərlər.
Sahibkarlığa Kömək Milli Fondu Kredit yarmarkasında həm də biznes layihələrinin hazırlanması və təqdim olunması ilə əlaqədar treninq keçirəcəkdir.
Sahibkarları, fermerləri, iş adamlarını kredit yarmarkasında gözləyirik.
Qeyd: Yarmarkanın keçiriləcəyi yer və vaxt barədə əlavə məlumat veriləcək.