Şriftin ölçüsü :

Saytın rəngi :

Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı qeyd edildi

06 dekabr 2014 | 16:00

Noyabr ayının 6-da Heydər Əliyev Mərikəzində Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı qeyd edildi. Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini Mahmud Süleymanov tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik etdi.  Qeyd etdi ki, qədim tarixə malik olan rabitə sahəsi müasir dövrdə yüksək inkişaf səviyyəsinə çatmışdır. İqtisadi və sosial sahələrin bütün istiqamətlərdə davamlı artım tempinə nail olan Azərbaycan dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmiş informasiya-kommunikasiya texnologiyaları sahəsində də dünyanın sürətlə inkişaf edən ölkələri səviyyəsinə yüksəlib. Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyev ölkədə bu sahənin inkişafını daim diqqət mərkəzində saxlayır. Bu sahənin daha da inkişaf etdirilməsi ilə əlaqədar olaraq ölkəmizdə məqsədyönlü işlər aparılır, müxtəlif dövlət proqramları, layihələr uğurla həyata keçirilir.
  Tədbirdə çıxış edənlər bildirdilər ki, rayonumuzun poçt və telekommunikasiya işçiləri öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirirlər.
  Rabitə və informasiya texnologiyaları sahəsinin içşiləri onlara göstərilən diqqət və qayğıya görə razılıqlarını bildiriblər.

Keçidlər