Şriftin ölçüsü :

Saytın rəngi :

Yaradıcılıq tədbiri

06 dekabr 2014 | 16:00

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində dekabr ayı “yaradıcılıq ayı” elan edilib. Bu münasibətlə 6 dekabr 2014-cü il tarixdə İsmayıllı Uşaq Kitabxanasında Kollec tələbələrinin əl işlərindən ibarət sərgi təşkil edilib.
Kollecin direktor əvəzi Sevda Qasımova çıxış edərək bildirib ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Kollecin uğurlarından da söz açan S.Qasımova Rayon İcra Hakimiyyətinə göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib.
RİH başçısının müavinləri Rövşən Ağayev, Sevil Əhmədova və Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov keçirilən tədbirin gənclər üçün əhəmiyyətindən danışıb, gənclərin hazırladıqları əl işlərini yüksək qiymətləndirərək kollecə fəaliyyətlərində uğurlar arzulayıblar.
      “Yaradıcılıq ayının” sonunda sərgidə əl işləri fərqlənən tələbələr RGİİ tərəfindən mükafatlandırılacaqdır.

Keçidlər