Ümummilli lideri gənclər birgə anırlar
Yeni Azərbaycan Partiyasının rayon təşkilatı gənclər birliyinin , rayon gənclər və idman idarəsinin təşkilatçılığı, İsmayıllı Humanitar və Texnologiya Kollecinin Peşə tədris mərkəzinin fəal iştirakı ilə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
Əməkdar müəllim, tarixçi, Ramiz Baloğlanov “Heydər Əliyevi tarix yaratdı, Heydər Əliyev tarix yaratdı” mövzusunda məruzə etdi. Ümummilli liderin Azərbaycan xalqı, bütün tərəqqipərvər bəşəriyyət qarşısındakı ölçüyəgəlməz xidmətləri məruzədə dərin əksini tapdı. Gənclərdən ibarət olan auditoriya ulu öndərin həyat yolu, xilaskarlıq missiyasının mahiyyəti, Heydər Əliyev fenomenliyi ilə yaxından tanış oldular. Peşə tədris mərkəzinin direktoru Zaur Muradov , rayon Gİİ-nin rəisi-YAP rayon təşkilatı gənclər birliyinin sədri Taleh Salehov, YAP rayon təşkilatı aparatının əməkdaşı Anar Rəsulov ümummilli liderin həyat və siyasi fəaliyyətini əks etdirən müxtəlif mövzularda çıxış etdilər.
Çoxsaylı tədbirlərlə, məzmunlu elmi konfrans və seminarlarla İsmayıllı gəncləri ulu öndərin siyasi irsi və ideoloji xəzinəsi ilə daha yaxından tanış olurlar.