Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndərin xatirəsi anılıb

09 dekabr 2014 | 16:00

İsmayıllı Poçt Filialının və İsmayıllı Telekommunikasiya Qovşağının birgə təşkilatçılığı ilə dekabr ayının 9-da ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.
Ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İsmayıllı poçt filialının rəisi Söhbət Pənahov çıxış edərək Dahi rəhbərin çoxşaxəli fəaliyyətindən söz açıb: - 60-cı illərdə respublikamız rabitə sahəsində digər respublikalardan geri qalırdı. Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başladıqdan sonra bütün sahələrdə olduğu kimi rabitə də inkişaf yoluna başladı. Azərbaycanda rabitənin əsas inkişaf dövrü 1970-80-ci illərə təsadüf edir. 1970-ci il iyun ayının 24-də Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə “Respublikada Rabitə vasitələrinin vəziyyəti və gələcək inkişafı üzrə tədbirlər haqqında “ məsələ Mərkəzi Komitənin bürosuna çıxarılıb və tarixi qərar qəbul edilib. Həmin illərdə rabitə, poçt, teleqraf və teleradio proqramlarının yayımı sahələri böyük inkişaf yolu keçdi.
Ulu öndərin davamçısı Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasət nəticəsində Azərbaycan rabitəsi, poçtu, informasiya texnologiyaları yüksək sürətlə inkişaf etməkdə davam edir.
İsmayıllı Telekommunikasiya Qovşağının baş mühəndisi Ramiz Kazımov, İsmayıllı Poçt Filialının Həmkarlar İttifaqının sədri Rasim Məhərrəmov, İsmayıllı Telekommunikasiya Qovşağının iqtisadçısı Sahib Zeynalov, İsmayıllı Poçt Filialının müştəri xidmətləri şöbəsinin rəisi Səxavət Zülfiyev, İsmayıllı Telekommunikasiya Qovşağının texniki Aysel Axundova çıxış ediblər.
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Rövşən Ağayev dünya şöhrətli şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyəti haqqında, onun müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmlənməsində əvəzolunmaz xidmətlərindən, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin əsasını qoyduğu və bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində ölkəmizin qazandığı nailiyyətlər haqqında geniş danışıb.

Keçidlər