Məktəbəqədər təhsil müəssisələrində seminar müşavirə keçirilmişdir
09 dekabr 2014-cü il tarixdə şəhər 1 saylı körpələr evi uşaq bağçasında “Məktəbəqədər təhsil müəssisələrində valideynlərlə işin təşkili" mövzusunda seminar müşavirə keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin, Rayon Təhsil şöbəsinin nümayəndələri və rayonda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin müdir və tərbiyəçiləri iştirak edirdilər. Bağça müdiri Qalibə Abdullayeva tədbirdə iştirak edən qonaqları salamlayaraq sözü balacalara verdi. İlk öncə balaca fidanlar mahnı və rəqslər ifa etdilər. Daha sonra məktəbəqədər hazırlıq qrupunun iştirakı ilə "Vətən Anadır " adı altında açıq məşğələ təqdim olundu. Tərbiyəçi Sevinc Əsədova mövzunu uşaqlara əhatəli şəkildə təqdim etdi. İKT-dən istifadə etməklə vətənimizin gözəlliklərini, sərvətini, tarixi abidələrini, əzəmətli binalarını uşaqlara əyani olaraq çatdırdı. Açıq dərsin müzakirəsindən sonra Təzəkənd kənd körpələr evi-uşaq bağçasının tərbiyəçisi Aləmzar Nağıyeva "Məktəbəqədər təhsil müəssisələrində valideynlərlə işin təşkili", Cülyan kənd uşaq bağçasının tərbiyəçisi Rəsmiyyə Orucova "Bağçalarda valideyn-tərbiyəçi, valideyn-uşaq, tərbiyəçi-uşaq münasibətləri" mövzusunda çıxışlar etdilər. Seminar maraqlı diskusiyalarla davam etdi.