Şriftin ölçüsü :

Saytın rəngi :

Soyqırım gününə həsr olunmuş möhtəşəm mərasim

31 mart 2013 | 16:00

İnsanlarımız böyük kədər yükünü, mübarizlik ruhunu götürüb “Gənclər Mərkəzi”nə gəlmişdilər. Burada 31 mart Azərbaycanlıların Soyqırımı Günü qeyd edilirdi.
Gənc aparıcı Səadət Rəhimova mərasimi açdı. Soyqırımlar zamanı şəhid olmuş soydaşlarımızın ruhu bir dəqiqəlik sükutla yad edildi. Məruzə üçün Rayon Təhsil şöbəsinin məsləhətçisi, tarixçi Ramiz Baloğlanova söz verildi. Talıstan kənd tam orta məktəbinin müəllimi Xalid Mürşüdov, Sumağallı tam orta məktəbinin müəllimi Rza Salahov və şəhər 5 saylı tam orta məktəbinin müəllimi Bəxtiyar Fərəcov çıxış etdilər.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxışına böyük mütəfəkkir şair Hüseyn Cavidin sözləri ilə başladı. Erməni düşmənçiliyinin, qaniçənliyinin, soyqırımlara əsaslanan siyasətinin mahiyyətini açdı. Hamını vahid məqsəd uğrunda, milli mənafe naminə, dövlətçiliyi qorumaq, torpaqlarımızı işğaldan azad etmək üçün birliyə, vəhdətdə olmağa səslədi.
Mərasimin başlanğıcından sonunadək vəhşi xislətli ermənilərin insanlığa, türk dünyasına, azərbaycanlılara qarşı törətdikləri soyqırımlar əks etdirən film və fotogörüntülər nümayiş etdirildi.
Mərasimdə iştirak edənlər öz fikirlərində bir daha möhkəmləndilər ki, torpaqlarımızın azad olunması və düşmənə layiqli cavab verilməsi zamanı uzaqda deyildir.

Keçidlər