Şriftin ölçüsü :

Saytın rəngi :

Ümumdünya İnsan Hüquqları günü qeyd edildi.

10 dekabr 2014 | 16:00

10 dekabr Ümumdünya  İnsan  Hüquqları  günü  rayon  təhsil  şöbəsinin akt zalında  130  nəfər  gənc  seçicinin - ilk dəfə səs verənin iştirakı ilə qeyd edildi. Rayon icra hakimiyyətinin, rayon gənclər və idman idarəsinin birgə təşkil etdiyi yığıncaq ikitərəfli əhəmiyyət kəsb edirdi.  Gənclər  həm Ümumdünya İnsan Hüquqları günü  və  həm də seçki hüququ ilə bağlı biliklər aldılar. Rayon İcra Hakimiyyəti başçısının birinci  müavini Rövşən Ağayev  10  dekabrın  Ümumdünya İnsan Hüquqları günün  təsis edilməsi tarixindən bu tarixlə bağlı sonrakı  proseslərdən, insanların hüquqi biliklərə yiyələnməsi yollarından danışdı.
    Rayon məhkəməsinin hakimi Azad Əliyev Azərbaycan Konustitusiyasında  təsbit olunmuş insan hüquqlarından,  bu hüquqların həyata keçirilməsi mexanizimindən, vətəndaşların seçki hüququndan ətraflı bəhs etdi. Çoxsaylı suallara cavab verdi. YAP rayon təşkilatının sədri Əzizə Vahabovanın , rayon icra hakimiyyətinin hüquq şöbəsinin müdiri Xətai Abbasovun, 86 saylı dairə seçki komissiyasının katibi Məhruzə Hüseynovanın çıxışları da maraqla dinlənildi. Bu tədbir ilk dəfə səs verənlərin maarifləndirilməsi baxımından əhəmiyyətli oldu.

Keçidlər