İsmayıllı rayon mərkəzi xəstəxanasında anım günü qeyd edildi.
İsmayıllının müxtəlif təşkilatlarında, ümumi və tam orta məktəblərdə , inzibati ərazi dairələrində ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar ardıcıl və sistemli tədbirlər keçirilir. Belə tədbirlərdən biri də 10 dekabır 2014-cü il tarixdə rayon mərkəzi xəstəxanasında olmuşdur. 22 sentyabr 2014 –cü il tarixdə cənab Prezidenti İlham Əliyevin açılışını etdiyi müasir xəstəxananın akt zalında rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova “ Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki mərhələsində həyata keçirdiyi sosial –humanitar siyasət və onun nəticələri” mövzusunda məruzə etdi. Baş həkim Avtandil Rəhimov, baş həkim müavini İsrayıl İsmayılov, YAP xəstəxana ərzi təşkilatınınn sədri Murad Həbibov sosial – humanitar siyasəti müxtəlif istiqamətlərdən təhlil etdilər, bu günün naliyyətlərini, uğurlarını ulu öndərin siyasəti ilə əlaqələndirdilər.İsmayıllıya səfərlərinin rayona böyük xeyir gətirdiyini dedilər.Həm də qeyd etdilər ki, Azərbaycanın regionda lider dövlətə çevrilməsi Heydər Əliyev yolunun cənab Prezident İlham Əliyev tərəfindən yaradıcılıqla davam etdirilməsinin nəticəsidir.