YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva ilə rayon ictimaiyyəti fəallarının görüşü keçirildi.
10 dekabrda İsmayıllı Rayon İcra hakimiyyətinin akt zalında respublika YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva ilə rayon ictimaiyyəti fəallarının görüşü keçirildi. Tədbirdə RİH-nin başçısı Mirdaməd Sadıqov, YAP Yasamal rayon Qadınlar Şurasının sədri Tamilla Şahbazova , RİHB-nin müavinləri, hüquq mühafizə orqanlarının rəhbərləri də iştirak edirdilər.
Tədbiri giriş sözü ilə YAP-ın İsmayıllı Rayon təşkilatın sədri Əzizə Vahabova açdı və qonaqları salamladı.
Tədbirdə respublika YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva rayon ictimaiyyətini salamladı və rayonda olmağından məmnun olduğunu bildirdi. Yığıncaqda çıxış edən RİH-nin başçısı cənab Mirdaməd Sadıqov rayonun sosial infrastrukturunun inkişafından danışdı və ölkə rəhbərinin daima İsmayıllıya böyük diqqət və qayğı göstərdiyini qeyd etdi. İcra başçısı ölkə rəhbərinin tövsiyə və tapşırıqlarının gələcəkdə yüksək səviyyədə icrası barədə məlumat verdi, görüləcək işlər haqqında danışdı, fəalların bu məsələlərin həllində yaxından iştirakını gözlədiyini bildirdi.