Şriftin ölçüsü :

Saytın rəngi :

Qalınçaq kəndində kredit yarmarkası keçirildi

11 dekabr 2014 | 16:00

11 dekabr 2014-cü il tarixdə rayonun Qalınçaq kəndində Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kredit yarmarkası keçirildi.
Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqov açaraq rayonumuzda belə mühüm tədbirin keçirilməsinə görə möhtərəm Prezidentimizə minnətdarlığını bildirdi.
Sonra isə Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev çıxış etdi və dövlətimizin fermerlərə, sahibkarlara görsətdiyi diqqət və qayğıdan danışdı, iclas iştirakçılarını maraqlandıran suallara cavab verdi.
Tədbirdə 120 nəfər fermer və sahibkar iştirak edirdi.
Tədbirin sonunda fermerlərə kreditlər verildi.

Keçidlər