Heydər Əliyev irsinin daha dərindən öyrənilməsi məqsədilə açıq dərslər davam edir.
İsmayıllı rayonunda Heydər Əliyev Mərkəzində rayonun ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün müstəqil Azərbaycanın memarı və qurucusu, ulu öndər Heydər Əliyev irsinin daha dərindən öyrənilməsi məqsədilə açıq dərslər davam edir.
Dekabrın 12-də keçirilən dərsdə rayonun Tircan, Topçu, Uştal, Soltankənd, Qalagah tam orta məktəblərinin XI sinif şagirdləri iştirak etdilər.
Bu dərs ulu öndərin anım gününə həsr olunmuşdur. Əvvəlcə Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Hacıhətəmli kənd tam orta məktəbinin direktoru Nazim Ağakişiyev şagirdlərə Ümummilli Liderin təhsil, mədəniyyət, idmanın inkişafı sahəsindəki böyük xidmətləri barədə ətraflı məlumat verdi. Ulu öndərin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bugünkü sürətli inkişafı barədə danışdı. Azərbaycanın hazırda regionun ən qüdrətli dövlətinə çevrildiyini vurğuladı.
Dahi rəhbərin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirildi.
Dərsdən sonra şagirdlər Heydər Əliyev Mərkəzi ilə tanış oldular.