Şriftin ölçüsü :

Saytın rəngi :

Seminar-müşavirə keçirilmişdir

13 dekabr 2014 | 16:00

Dekabrın 13-də Heydər Əliyev Mərkəzinin iclas zalında RİH-nin Əİ və YÖİO ilə iş şöbəsinin  təşkilatçılığı ilə  İƏD üzrə nümayəndələrin müavinləri üçün nümayəndəliklərdə təsərrüfatbaşına uçot kitablarının təlimata uyğun aparılması mövzusunda seminar–müşavirə keçirilmişdir. RİH-nin Əİ və YÖİO ilə iş şöbəsinin müdiri R.Səmədov seminar-müşavirəni giriş sözü ilə açaraq gündəlikdə duran məsələ ilə onları tanış etdi. O, qeyd etdi ki,  İƏD-də təsərrüfatbaşına uçotun aparılması barədə təlimatın nümayəndəliklərdə çalışan işçilər, xüsusilə də nümayəndələrin müavinləri tərəfindən öyrənilməsi məqsədi ilə dəfələrlə Rayon İcra Hakimiyyətinin müvafiq şöbəsi tərəfindən treninqlərin, seminar-müşavirələrin təşkil edilməsinə baxmayaraq yenə də bu sahədə çatışmazlıqlar qalmaqdadır.
RİH-nin Əİ və YÖİO ilə iş şöbəsinin böyük məsləhətçisi E.Manafov təsərrüfatbaşına uçotun aparılması barədə təlimatı tam oxuyaraq nümayəndələrin müavinlərinin diqqətinə çatdırdı.
Sonra nümayəndələrin müavinlərini maraqlandıran suallara Rayon Statistika idarəsinin müdiri Əziz Əzizov ətraflı cavablar verdi.

Keçidlər