Şriftin ölçüsü :

Saytın rəngi :

İdmançılar da arzularına çatırlar

31 mart 2013 | 16:00

Rayonun sosial-iqtisadi həyatının bütün istiqamətlərində sürətli inkişafı təmin etmək üçün indiyə qədərki vəziyyət öyrənilir və təhlil edilir. Hər kəs dinlənilir, məsləhəti eşidilir, işləməyin optimal yolları göstərilir. Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov bu günlərdə idmançılara da bu məqsədlə görüşmüşdür. Xarakterik hal o idi ki, görüşdə idmançılarla yanaşı onların məşqçiləri və valideynləri də iştirak edirdi. Mirdaməd müəllim yüksək nəticə göstərən idmançıları salamladıqdan sonra dedi:
- Siz böyük diqqətə layiqsiniz. Sizin arxanızda Azərbaycan dövləti durur. Biz elə edəcəyik, sizə elə qayğı göstərəcəyik ki, sıralarınızdan olimpiya və dünya çempionları çıxsın. Həm də hər işdə rayon icra hakimiyyətinə dayaq olasınız.
Sizi əsas ona görə dəvət etdim ki, problemlərinizi öyrənim, sağlam həyat tərzinin yaradılmasında sizə yardımçı olum.
İdmanı inkişaf etdirmək üçün rayonda şərait yaxşılaşmalıdır. Olimpiya İdman Kompleksi tikilib, lakin bəzi standartlara riayət olunmayıb. Stadion tikilməlidir. Cüdo mərkəzi, mini futbol meydançaları tikiləcək. İdmançılar xüsusi qabiliyyətə malik insanlardı, onlara qayğı da xüsusi olmalıdır
Bədii gimnastikaya daha çox diqqət yetirilməlidir. İdmançıların saytı açılmalıdır. İdmanın inkişafı və kütləviliyinin artması üçün sizdən təkliflər gözləyirəm. Biz rayonda ən yaxşı inkişaf istiqaməti götürmüşük. Bu, möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının tapşırığıdır. İdman sahəsində də belə olacaqdır. Futbolun inkişafı ilə əlaqədar ayrıca görüş keçirməyi düşünürəm, futbol komandamızı yaratmalıyıq. İdmançılara iş qurmaqda da yaxından köməklik göstərəcəyik. Olimpiya İdman Kompleksi rayon Gənclər və İdman idarəsi, idmançıların yetişməsi üçün daha əsaslı tədbirlər görməli, məşqçilərin maliyyə imkanlarının artması üçün səmərəli iş qurmalıdırlar. İdman şəbəkəsi genişləndirilməli, kəndlərə yayılmalıdır. Güləş federasiyasının diqqətini rayonumuza yönəltməyə çalışacağam. Güləş zalı da tikiləcək . İdmançılarımızın psixoloji hazırlığına diqqət yetirilməlidir. Bunun üçün Olimpiya İdman Kompleksində psixoloq ştatı olmalıdır.
RİH-nin başçısı Mirdaməd Sadıqov bir-bir idmançılarla, məşqçilərlə tanış oldu, onları  və valideynləri dinlədi, problemlərini öyrəndi, bundan sonra idman sahəsində görüləcək işlərdən ətraflı danışdı. İdmançıları mükafatlandırdı.
RİH başçısının idmançılarla görüşü hamının ürəyincə oldu. Nəticələr özünü yüksələn xətlə göstərəcəkdir.

Keçidlər