Lahıc qəsəbəsində səyyar görüş-qəbul keçirilmişdir
Lahıc qəsəbəsində sosial problemlərin həlli istiqamətində görüləcək tədbirlərlə bağlı RİH başçısı Mirdaməd Sadıqovun sakinlərlə görüşü keçirilib. Kənd sakinləri ilə görüşdə Rayon İcra Hakimiyyətinin başçısı ilə yanaşı idarə və müəssisələrinin rəhbərləri də iştirak ediblər. Görüşdə kəndin bir sıra sosial-iqtisadi problemləri diqqət mərkəzində olub. Qəsəbə sakinləri rayonda görülən quruculuq-abadlıq işlərindən razılıq ediblər.
Çıxış edən sakinlər tərəfindən qəsəbənin ümumi və öz şəxsi problemləri barədə, həmçinin Lahica çəkilən asvalt yolun başa çatdırılmasını, qəsəbəyə qaz xəttinin çəkilməsini, bulaqlara gələn suyun artırılmasını RİH başçısından xahiş etdilər.
RİH başçısı problemlərin həlli ilə əlaqədar aid idarə və təşkilatların rəbərlərinə tapşırıqlar verdi.