Ulu Öndər Heydər Əliyev irsinin daha dərindən öyrənilməsi məqsədilə növbəti açıq dərs keçirildi
Dekabr ayının 18-də İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində rayonun Quşencə, Kürdmaşı, Aşıqbayramlı kənd məktəblərinin şagirdlərinin iştirakı ilə Ulu Öndər Heydər Əliyev irsinin daha dərindən öyrənilməsi məqsədilə növbəti açıq dərs keçirildi.
İlk öncə şagirdlər Heydər Əliyev Mərkəzində Ümummilli liderin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotoşəkillərlə tanış oldular. Sonra dahi lider haqqında film nümayiş etdirildi.
Qoşakənd tam orta məktəbinin tarix müəllimi Pənah Əşrəfov dahi şəxsiyyətin həyat və fəaliyyətindən danışdı. O, qeyd etdi ki, ulu öndər Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət etmiş, Azərbaycan torpağının, Azərbaycan dövlətinin, Azərbaycan xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mümkün ola bilən hər bir işi görmüşdür.
Dərsdə eyni zamanda məktəblilərə Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bugünkü sürətli inkişafı barədə də məlumat verildi. Azərbaycanın hazırda regionun ən qüdrətli dövlətinə çevrildiyi xüsusi vurğulandı.