Şriftin ölçüsü :

Saytın rəngi :

Xüsusi qayğıya ehtiyaclı uşaqlar üçün yeni il şənliyi

26 dekabr 2014 | 16:00

Dekabrın 26-da  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi “Finca” Bankın İsmayıllı şöbəsinin maliyyə dəstəyi ilə xüsusi qayğıya ehtiyaclı uşaqlar üçün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar  Heydər Əliyev adına Mərkəzi Meydanda tədbir keçirdi.
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, “Finca” Bankın İsmayıllı filialının rəhbəri Novruz Varəngi çıxış edərək  qayğıya ehtiyacı olan uşaqları bayramlar münasibətilə təbrik etdilər,  onlara ən xoş arzularını çatdırdılar.               
Şəhər 1, 2 saylı uşaq bağçalarının və  Rayon İncəsənət məktəbinin şagirdləri rəqs nömrələri ilə çıxış etdilər.
Tədbirin sonunda xüsusi qayğıya ehtiyacı olan uşaqlara  yeni il sovqatları təqdim olundu.

Keçidlər