Xeyir-şər evində tədbir
Dekabrın 27-də İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi, Rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı və “AccessBank” QSC-nin İsmayıllı rayon filialının maliyyə dəstəyi ilə xüsusi qayğıya ehtiyaclı uşaqlar üçün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar xeyir-şər evində tədbir keçirildi.
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavinləri Sevil Əhmədova və Mahmud Süleymanov, Rayon Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, “AccessBank” QSC-nin İsmayıllı filialının müdiri Elşən Abdullayev çıxış edərək qayğıya ehtiyacı olan uşaqları bayramlar münasibətilə təbrik etdilər, onlara ən xoş arzularını çatdırdılar.
Tədbirin sonunda xüsusi qayğıya ehtiyacı olan 21 ailəyə bayram sovqatları təqdim olundu.