Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti ağacəkmə kampaniyası

03 aprel 2013 | 15:00

İsmayıllı rayonunda növbəti ağacəkmə kampaniyasına start verilib.  Aksiya zamanı 1000 ədəd ting əkilib.
Rayon ziyalıları, yerli təşkilatların nümayəndələri və şəhər sakinləri təşəbbüsə qoşularaq ağacəkmə kampaniyasında həvəslə iştirak ediblər.  Rayon ərazisində təmiz ekoloji mühitin yaradılması və yeni yaşıllıqların salınması üçün Bakı-İsmayıllı magistral yolun kənarında xüsusi təyin olunan sahədə ağcaqayın ağacının tingləri əkilib. Milli dövlətçiliyimizin, onun suverenliyinin qorunub saxlanılmasında əvəzsiz xidmətləri olan, Aksiyaya rayon gəncləri böyük həvəslə dəstək veriblər. Ağacların suvarılması üçün xüsusi su maşınları cəlb olunub. Sakinlərin xüsusi səliqə ilə əkdiyi tinglərin dibləri bərkidilib və suvarılıb. Əkilən yeni ağaclara hər həftə qulluq edilməsi qərara alınıb. Eyni zamanda əkilən cavan tinglərin qorunması üçün sahənin sərhədlərinə çəpər çəkilib, mal-qaranın əraziyə girişi məhdudlaşdırılıb. Sutkalıq növbətçilik təşkil olunub. Əkin materialı kimi İsmayıllı rayon landşaftına uyğun tinglərindən istifadə olunur. Yerli icra hakimiyyətindən verilən məlumata görə, rayonda artıq 5000 ədəd müxtəlif ağac tingləri əkilib. Yaşıllıqların sayının artırılması istiqamətində keçirilən bu aksiya gələcəkdə də davam etdiriləcək.

Keçidlər