Şriftin ölçüsü :

Saytın rəngi :

Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib

31 dekabr 2014 | 16:00

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə 31 dekabr 2014-cü il tarixdə İsmayıllı Mədəniyyət  Sarayının konfrans zalında tədbir keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yaranması tarixindən və onun əhəmiyyətindən, əlamətdar gün ilə bağlı Ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb. Bildirib ki, həmrəylik günü Azərbaycan xalqını bir ideya ətrafında birləşdirən, milli-mənəvi dəyərlərimizə hörmət  hisslərini təcəssüm etdirən bir bayramdır. Məhz bu günün qeyd olunmasından başlayaraq  azərbaycançılıq ideyalarının formalaşmasının əsası qoyulub.
Tədbirdə vurğulanıb ki, artıq azərbaycanlılar yaşadıqları ölkələrin ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır və ölkələrimizin qarşılıqlı əlaqələrinin formalaşmasına önəm verirlər. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində daha fəal iştirak edir, diaspor təşkilatları ilə qarşılıqlı əlaqələrin qurulmasında təsirli tədbirlər həyata keçirirlər. Eyni zamanda İcra Hakimiyyətinin başçısı son vaxtlar rayonda baş verən  müsbət dəyişikliklərdən razılığını bildirib, yaxın vaxtlarda yeni layihələrin həlli istiqamətində görüləcək işlər haqqında danışıb.
Yığıncaqda ölkə prezidentinin rayonda olarkən rayonun sosial-iqtisadi inkişafı ilə yaxından tanış olduğunu, gələcək prespektiv inkişafı üçün tövsiyə və tapşırıqlar verdiyini xüsusi vurğulanıb. Rayonun ictimai həyatında fəallıq nümayiş etdirən bir qrup şəxsə hədiyyələr verilib. Sonda Prezident İlham Əliyevə ünvanlanmış təbrik məktubu oxunub.

Keçidlər