Yüksək nəticəli sonluq üçün uğurlu başlanğıc
İsmayıllı rayon İcra Hakimiyyəti 2015-ci ildə daha yüksək nəticələrə çatmaq üçün uğurlu başlanğıc götürülmüşdür. Bu məqsədlə idarə, müəssisə və təşkilat rəhbərlərinin, layihə müəllifləri və icraçılarına, kreditor bank direktorlarının müşavirəsini keçirmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov tikinti, abadlıq, quruculuq, su və qaz çəkilişi, elektrik enerjisi şəbəkəsinin əsaslı təmiri, yeni asfalt küçələrin salınması, uşaq bağçası və məktəb tikintisi layihələri barədə təhlili məlumat vermiş, icraçıların işlərin gedişi barədə informasiyanı dinləmişdir.
2 hektardan çox ərazini əhatə edən və 120 nəfər daimi işçi olacaq. “Yaşıl market”in (müasir bazarın) tikintisində işlərin gedişi və obyektin ilin ikinci yarısında istifadəyə veriləcəyi barədə layihənin icraçısı Vidadi İsgəndərov müfəssəl məlumat vermiş, qeyd etmişdir ki, bu müəssisənin əsas profili kənd təsərrüfatı məhsullarının tədarükü və satışı olacaqdır.
Rayon Qaz İstismarı sahəsinin rəisi çoxdan gözlənilən bir layihənin icrasına başlandığını müşavirə iştirakçılarının diqqətinə çatdırmışdır. Qədim Basqal qəsəbəsinə qaz çəkilişi davam etdirilir. Qəsəbədaxili şəbəkə işlənir, daşıyıcı kəmər çəkilir.
Müşavirədə o da qeyd edilmişdir ki, investorların rayona daha çox cəlbi üçün 2015-ci ildə daha çox iş görüləcək. İşlər o səviyyədə uğurlu olacaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev növbəti səfəri zamanı diqqəti və qayğısının nəticəsi olaraq yeni bir İsmayıllını görəcəkdir.