Heydər Əliyev Mərkəzində növbəti açıq dərs
15 yanvar 2015 | 16:00
Yanvar ayının 15-də İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində rayonun Qalınçaq, Mücühəftəran və İvanovka kənd tam orta məktəblərinin şagirdlərinin iştirakı ilə Ulu Öndər Heydər Əliyev irsinin daha dərindən öyrənilməsi məqsədilə 2015-ci ilin ilk açıq dərsi keçirildi. Dərsdə 52 şagird iştirak edirdi.
Şagirdlər Heydər Əliyev Mərkəzində Ümummilli liderin həyat və dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotoşəkillərlə tanış oldular. Sonra Ulu öndər haqqında film nümayiş etdirildi.
Təzəkənd tam orta məktəbinin tarix müəllimi Hacalı Səlimov “Heydər Əliyev Azərbaycanın qurucusu və memarıdır” mövzusunda çıxış etdi.