20 Yanvar faciəsinin 25-ci ildönümü münasibətilə rəsm sərgisi və dama yarışı keçirildi
14 yanvar 2015-ci il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyətinin təşşəbüsü ilə Rayon Gənclər və İdman idarəsi Rayon Təhsil şöbəsinin təşkilatçılığı ilə birgə Uşaq kitabxanasında 20 Yanvar faciəsinin 25-ci ildönümü münasibətilə “20 Yanvar-Qan yaddaşımızdır!” mövzusunda yeniyetmə rəssamların əl işlərindən ibarət rəsm sərgi müsabiqəsi keçirdi.
Tədbir 20 Yanvar şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıldı.
İsmayıllı rayon Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov və Rayon Təhsil şöbəsinin metodisti Rəşid Məmmədov çıxış edərək 20 Yanvar faciəsinin xalqımızın kütləvi qəhrəmanlığının birliyinin, mübarizliyinin təzahürü olduğunu bildirdilər.
Sonra 12 məktəbdən olan 50 şagirdin əl işləri sərgiləndi. Yekunda ən yaxşı 6 rəsmin sahibinə Rayon Gənclər və İdman idarəsinin diplomları və qiymətli hədiyyələri təqdim olundu.
*******
15 yanvar 2015 ci il tarixdə Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyətinin təşşəbüsü ilə Rayon Təhsil Şöbəsi Rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə birgə 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş dama üzrə məktəblilər arasında rayon çempionatı keçirdi. Yarışda 10 məktəbdən 28 şagird iştirak edirdi.
Tədbir 20 Yanvar şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıldı.
Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov və Təhsil şöbəsinin metodisti İlham Vahabov çıxış edərək Azərbaycanın müstəqilliyinin qazanılmasında 20 Yanvar şəhidlərinin əvəzsiz rolu olduğunu vurğuladılar. Şəhidlik zirvəsinə ucalanların 20 yanvar tarixində müstəqilliyimizin bərpasının əsasını qoyduqları qeyd edildi.
Yarışda I, II və III yeri tutan şagirdlər Gənclər və İdman idarəsinin diplom və qiymətli hədiyyələri ilə təltif olundu.