Şriftin ölçüsü :

Saytın rəngi :

Paylayıcı elektrik şəbəkələrinin yenidən qurulması

16 yanvar 2015 | 16:00

15 yanvar 2015-ci il tarixdə İsmayıllı Mədəniyyət Sarayının konfrans zalında
“Qəbələ və İsmayıllı rayonlarında paylayıcı elektrik şəbəkələrinin yenidən qurulması” layihəsi ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov layihənin İsmayıllı üçün önəmini vurğulayıb.
Tədbirdə layihə haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Asiya İnkişaf Bankının (AİB) maliyyə dəstəyi əsasında və “Azərbaycan Respublikası Regionlarının 2014-2018-ci illərdə Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı”na uyğun həyata reallaşdırılacaq layihə İsmayıllı və Qəbələ rayonlarının əhalisinin dayanıqlı elektrik enerjisi ilə təchizatının təminatında mühüm rol oynayacaqdır.
Asiya İnkişaf Bankının ekologiya və sosial məsələlər üzrə mütəxəssisi Alan Seuel layihə çərçivəsində nəzərdə tutulan işlərdən söz açıb.
Tədbir maraqlı müzakirələr şəklində davam edib.

Keçidlər