Rayon ərazisində 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib
Qara Yanvar və ya 20 Yanvar faciəsi — 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun Azərbaycanda həyata keçirdiyi qətliam. 1990-cı ilin 20 yanvarında Qarabağa qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi faciəyə gətirib çıxardı. Bu faciədə 134 dinc sakin öldürüldü 800-ə yaxın dinc sakin isə yaralandı. Azərbaycan xalqı bu qanlı tarixi unutmur və hər il müxtəlif tədbirlərlə şəhidlərini yad edir. Belə tədbirlərdən biridə Soltankənd kənd tam orta məktəbində keçirildi. Tədbirdə Məktəbin direktoru Sabir Məhərrəmov çıxış edərək bu qanlı faciə ilə əlaqədar tədbir iştirakçılarına ətraflı məlumat verdi. S.Məhərrəmov bildirdi ki bu faciə o dövrdə olan Azərbaycan rəhbərliyinin səriştəsizliyi və SSRİ rəhbərliyinin Azərbaycan xalqına olan qərəzli mövqeyinin nəticəsi idi. Həmin dövrdə xalqının səsinə hər kəsdən əvvəl səs verən də Heydər Əliyev oldu. Ümummilli liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də oğlu, silahdaşı, o çətin günlərdə atasını bir an belə tək qoymayan İlham Əliyevlə birlikdə ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gəldi, təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən M.S.Qorbaçovu kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi. SSRİ-nin hələ hökm sürdüyü bir vaxtda onu və başçısını paytaxtın özündə tənqid etmək, sözün əsl mənasında, böyük hünər və cəsarət tələb edirdi. Ulu öndər Heydər Əliyev və oğlu İlham Əliyev bununla, hər şeydən əvvəl Vətən, xalq qarşısında vətəndaşlıq və milli mövqelərini nümayiş etdirdilər... Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi – özü də İmperiyanın mərkəzində, Moskvada.
Ulu öndə Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bu məsələ yenidən gündəmə gəldi, 20 yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atıldı. 1990-cı il noyabrın 21-də böyük siyasi xadim Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsi ilə bağlı tarixi qərar qəbul etdi.
"20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 5 yanvar 1994-cü il tarixli fərmanı ilə Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu... Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edildi. Qərarda, 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.
Ümummilli lider 20 Yanvar hadisələri zamanı həlak olanların xatirəsinin əbədiləşdirilməsi istiqamətində də bir sıra mühüm tədbirlər həyata keçirdi. Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ilk olaraq Şəhidlər Xiyabanını ziyarət etdi. Və elə yerindəcə tapşırıq verdi ki, qısa müddətdə bütün şəhid məzarlarının üstü götürülsün və burada memorial kompleks ucaldılsın. Bunun üçün dövlət səviyyəsində lazımi vəsait ayrıldı və bu iş qısa zamanda başa çatdırıldı. Məhz ulu öndərin sərəncamı ilə 20 Yanvar Ümumxalq hüzn günü elan olundu. Tədbir məktəblilərin şəhidlərə həsr olunmuş və hərbivətənpərvərlik mövzusunda şerləri ilə sona çatdı.
****
19 yanvar 2015-ci il tarixdə İsmayıllı Uşaq Kitabxanası fəal oxucularla birlikdə 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı tədbir keçirildi.
Tədbirdə çıxış edən İsmayıllı Uşaq Kitabxanasının müdiri Rəna Süleymanova çıxış edərk bildirdi ki, 20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq o, təkcə faciə deyil. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür.
Qanlı Yanvarla bağlı Kitabxananın fəal oxucularının fotoslaydı nümayiş etdirildi. Bundan əlavə oxucular vətənə, torpağa həsr edilən şeirlər söyləyib, bu gecənin dəhşətlərindən söz açdılar.
****
19 Yanvar 2015-ci il tarixdə Uştal kənd tam orta məktəbində 20 Yanvar faciəsinin 25-ci ildönümü münasibətilə tədbir keçirildi. Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Tədbirdə məktəbin direktoru Qeyis Fərmayılov çıxış edərək 20 Yanvar faciəsinin xalqımızın başına gətirilən bu faciədən söz açaraq 20 Yanvar həm də Azərbaycan xalqının qəhrəmanlıq səlnaməsi olduğunu qeydilər. Dərs hissə müdiri Sadiq Umudov, Hərbi rəhbər Mail Salmanov , məktəbin tarix müəllimi Dilqəm Əzimov çıxış etdilər.Tədbirdə məktəb şagirdləri 20 Yanvara aid şeirlər söylədilər.
****
Yanvar ayının 17-də İsmayıllı Uşaq Kitabxanasında şəhər 1, 2 və 3 saylı körpələr evi-uşaq bağçalarının Qanlı Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı tədbiri keçirilidi.
Tədbirdə çıxış edənlər bu faciə haqqında geniş məlumat veridilər.
Balaca fidanlar o gecənin dəhşətini hazırladıqları kompozisiyada, göstərməyə çalışıdılar.
****
20 yanvar faciəsi ilə əlaqədar Kürdmaşı kəndində tədbir keçirilmişdir. Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərin məzarları ziyarət olunduqdan sonra anım mərasimi Kürdmaşı kənd tam orta məktəbinin akt zalında davam etdirildi.
Tədbirdə RİHB-nın Kürdmaşı kənd İƏD üzrə nümayəndəsi Rövşən Əliyev, kənd tam orta məktəbin direktoru Hafis Mehdiyev 20 yanvar faciəsi ilə əlaqədar kənd sakinlərinə müəyyən məlumatlar verərək faciədə şəhid olmuş insanların ailələrinə və yaxın qohumlarına baş sağlığı verib, onlara Allahdan səbr arzuladılar. Tədbirdə şagirdlər 20 Yanvarla bağlı kompozisiya nümayiş etdirdilər. Sonda 20 Yanvar faciəsində həlak olmuş şəhidlərimizin və ruhuna Quran ayələri oxundu.
****
20 yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar Zaman Qarayev adına Qalınçaq kənd tam orta məktəbinin müəllim və şagird kollektivi vətən uğrunda ölən şəhidlərin qəbirlərini ziyarət edib, onların xatirəsinə ucalmış abidənin önünə gül dəstələri qoyublar. Anım günü ilə əlaqədar keçirilən tədbirdə çıxış edənlər xalqımızın başına gətirilən bu faciədən söz açaraq bu günün həm də Azərbaycan xalqının qəhrəmanlıq səlnaməsi olduğunu qeyd etdilər. Şagirdlər 20 Yanvar faciəsi ilə bağlı kompozisiya nümayiş etdirdilər.
****
16 yanvar 2015-ci il tarixdə Natiq Behdiyev adına İsmayıllı şəhər 6 saylı tam orta məktəbində 20 Yanvar faciəsinin 25-ci il dönumunə həsr olunmuş ədəbi-bədii kompozisiya keçirildi.
İlk öncə 20 Yanvar faciəsində şəhid olanları xatirəsi bir dəqiqəlik sükütla yad edildi.
Tədbirdə çıxış edənlər qeyd etdilər ki, 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. Təpədən-dırnağadək silahlanmış keçmiş sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız azadlıq əzmini itirməmiş, əksinə, haqq səsini daha ucadan bəyan etmişdi. Düz 25 il əvvəl doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.